“Bakı və İrəvanla telefon əlaqəsi davam edir“ - Prays

saytların hazırlanması

Evə çatdırılma

“Bakı və İrəvanla telefon əlaqəsi davam edir“ - Prays

Siyasət

03 Dekabr 2022 11:23 839


"ABŞ Cənubi Qafqaz regionunun dinc gələcəyini təmin etmək üçün tərəflərlə çox fəal məşğul olur".

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O bildirib: “Biz Ermənistan və Azərbaycan arasında iki üçtərəfli görüş keçirdik - onlara dövlət katibi Blinken sədrlik etdi. O, tərəflərlə telefon əlaqəsini də davam etdirir. pizza hut

Sonuncu dəfə bir yerdə olarkən xarici işlər nazirləri danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər. Onların hər ikisi bu nazirlər görüşünün təşkilinə görə Amerika tərəfinə minnətdarlıqlarını bildiriblər.

Şübhəsiz, ümid edirik ki, iki ölkə arasında davamlı sülhə və problemin həllinə aparan diplomatiyanı dəstəkləməyə davam etdikcə iki ölkə arasında dialoq və konstruktiv atmosfer davam edəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!