“Bakı Xankəndidə bu prosesə start verir” - Korotçenko

saytların hazırlanması

Evə çatdırılma

“Bakı Xankəndidə bu prosesə start verir” - Korotçenko

Siyasət

16 Dekabr 2022 23:02 4469


Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin dəqiq sayını və onların statusunu müəyyən etmək üçün Azərbaycan Statistika Komitəsi və DİN orqanları 2023-cü ildə orada siyahıyaalınma həyata keçirməlidir.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.

“Bakı bu əraziləri və orada yaşayanları Azərbaycan hüquq məkanına inteqrasiya edəndən sonra erməniləri sorğuya almalıdır. Onların qarşısına iki seçim qoyulmalıdır: ya Azərbaycan vətəndaşlığı almalı, ya da bölgəni tərk edərək İrəvan, Marsel, San-Fransiskoya getməlidirlər”, - Korotçenko bildirib. Sezar pizza

Korotçenkonun sözlərinə görə, Qarabağ iqtisadi rayonu ərazisində faydalı qazıntıların çıxarılması və hər hansı digər sahibkarlıq fəaliyyəti yalnız müstəsna olaraq Azərbaycanın hüququdur./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!