Bakı yeni iş həftəsinə tıxacla başladı 

saytların hazırlanması

Evə çatdırılma

Bakı yeni iş həftəsinə tıxacla başladı 

Avto

28 Noyabr 2022 09:04 3451


Hazırda Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən xəbərə görə, sıxlıq olan yollar aşağıdakılardır:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; pizza

2. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. “20 Yanvar” dairəsində;

6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;

8. Bakıxanov küçəsi, Dədə Qorqud parkı istiqamətində;

9. Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısı əsas və köməkçi yol, mərkəz istiqamətində;

10. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

11. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

13. 28 May və Dilarə Əliyeva küçələri, Rəşid Behbudov küçəsi istiqamətində;

14. Zərifə Əliyeva küçəsində;

15. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

16. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

17. Babək prospekti, mərkəz istiqamətində;

18. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!