Ötən ilin fevral ayından etibarən Bakı Zooparkı təmir üçün bağlanılıb. Zooparkda saxlanılan heyvanlar müvəqqəti olaraq Qaradağda saxlanc yerlərinə yerləşdirilib. Yeni zooparkın nə vaxt istifadəyə veriləcəyi isə hələlik məlum deyil.
Qurum rəsmilərinin sözlərinə görə, yenilənən Zoopark Dünya Akvariumlar və Zooparklar Assosiasiyasının tələblərinə uyğun olacaq. Heyvanların saxlanma yerləri onların təbiətdə yaşadıqları areallara uyğun təşkil ediləcək. Bundan başqa, Zooparkda insanlara heyvanlar haqqında məlumatlar vermək üçün bələdçilər olacaq və ərazi əvvəlki ilə müqayisədə daha da genişləndiriləcək.
Bakı Zooloji Parkının direktoru Azər Hüseynovun Yenisabah.az-a açıqlamasında bildirib ki, hazırda heyvanları karantində saxlanılır: Pepperoni pizza
“Zooparkda tikinti işləri davam edir. Sıfırdan yeni zoopark tikilir. Burada heyvanlarımızın yeri yaxşıdır. Bu müddət ərzində meymundan, şirdən, Qarabağ atından bir baş, Kamerun və Avstriya keçilərindən 4 baş, Avstraliya emusundan 6 baş, qamış pişiyindən 4 baş bala alınıb. Həmçinin dəvə quşu, soltan toyuğu və Tovuz quşu da burada balalayıb. Karantinlə əlaqədar yeni heyvanların gətirilməsində biraz problemimiz var, amma çalışırıq ki, Belarusdakı Minsk Zooparkından yaxın zamanda çay timsahı, manquslar və bir-iki növ ilan gətirək. Biz isə oraya bir baş yeni doğulan qamış pişiyi, 5 soltan toyuğu göndərməliyik. Biz bunları pulla almırıq, yaxud heyvanları oraya satmırıq. Prosesi mübadilə şəklində həyata keçiririk. Ölənlər isə ancaq xırda, yaşlı quşlardan çox az sayda olub. İndi biz zooparkımızın hazır olmağını gözləyirik. Lakin dəqiq vaxtı tikinti şirkəti deyə bilər. Bizə deyiləndə mətbuat xəbərdar olacaq”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız