Bakı Zooloji parkında saxlanıaln heyvanlar arasında artım qeydə alınıb.
Bu barədə məlumatı Yenisabah.az-a açıqlamasında Bakı Zooloji Parkının direktoru Azər Hüseynov verib.
O, artım olan heyvanları qeyd edib: “Burada yerləşdiyimiz müddət ərzində meymundan bir baş, pişikdən bir baş, qamış pişiyindən 4 baş bala alınıb. Dəvəquşunun həmişə 1-2 balası olurdu, bu dəfə 7 bala çıxarıb”. pizza hut
Bundan əlavə Zooloji parkımıza vaxtilə Qarabağ Atçılıq Zavodundan çıxdaş atlar verilib. Biz onları saxlamışıq, bəsləmişik və artıq Novruz bayramı günü qəşəng bir bala almışıq. Yeni köçəcəyimiz yerdə mən istəyirəm ki, Qarabağ atlarını da nümayiş etdirək, həm öz insanlarımız, həm turistlər görsün. Qabaqlar mən bu atların olmasını çox arzulayırdım, indi artıq var. Son bir il ərzində olan dəyişikliklər bunlardır”.
Sayad Həsənli
Telegram kanalımız