Bakıda 16 yaşlı yeniyetmə bıçaqlandı

Bakıda 16 yaşlı yeniyetmə bıçaqlandı

Hadisə

26 Oktyabr 2019 20:23 1077


Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Bakıxanov qəsəbəsi "Sülh" küçəsində 16 yaşlı Əliyev Əlirza Seymur oğlu tanıdığı şəxslərlə dava edib. O, dava zamanı bıçaq xəsarəti alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. /report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!