Binəqədi rayonu ərazisindəki mağazaların birindən 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
"Yeni Sabah" Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 20-də baş verib.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 20 000 manat dəyərində 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Rəhimov, X.Sadıqov və Ağstafa rayon sakini M.Əliyev saxlanılıblar. pizza hut
Telegram kanalımız