Bakıda 3 maşın toqquşdu, yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 3 maşın toqquşdu, yaralılar var

Hadisə

16 Sentyabr 2019 22:17 1123


Sabunçu rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, 1975-ci il təvəllüdlü Mirzəyev Mədəd Mirhəmid oğlu taksi fəaliyyəti göstərdiyi "VAZ 2106" markalı minik avtomobili ilə Məhəmmədi kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan "SHACMAN " markalı yük maşınına çırpılıb.

Hadisə nəticəsində "VAZ 2106"-nın sürücüsü M.Mirzəyev və sərnişinlər - 28 yaşlı Məmmədov Elgün Əliyar oğlu və 1974-cü il təvəllüdlü Əlizadə Lalə Eldar qızı xəsarət alıb. pizza sifarişi

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!