Bakı şəhərininin Xəzər rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib.
FHN-dən “Yeni Sabah”a daxil olan məlumata görə, yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız