Bakıda 30 yaşlı qızın ölümündə təqsirləndirilən polisə bəraət verildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 30 yaşlı qızın ölümündə təqsirləndirilən polisə bəraət verildi

Kriminal

05 Fevral 2019 00:54 880


Nizami Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Fikrət Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə F.Piriyevin vəkili Əli Hüseynov məlumat verib.

Hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəmə istintaqı zamanı hadisədə F.Piriyevin təqsiri sübuta yetirilmədiyindən, onun barəsində bəraət hökmü çıxarılıb. Marqarita pizza

İttihama görə, ötən ilin fevralın 3-də Nizami rayonu, Qara Qarayev prospektində, Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşı, polis serjantı Piriyev Fikrət Arif oğlu ona təhkim olunmuş “Fiat-Doblo” markalı, 90-AP-164 nömrəli avtomobillə Nizami rayonu Qara Qarayev prospekti ilə hərəkətdə olarkən, piyada, 1989-cu il təvəllüdlü Günel İbrahimovanı vurub və sonuncu hadisə yerində keçinib.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!