Paytaxtın bəzi ərazilərində kirayə mənzillərin qiyməti pik həddədir. Bakının ən bahalı kirayə mənzilləri “Gənclik”, “28 May”, “Nərimanov” və “Nizami” metrostansiyalarının yaxınlığındakı binalarda yerləşir. Hazırda həmin ərazilərdə aylıq 3, 4 hətta 5 min manata təklif olunan kirayə mənzillər mövcuddur. İlk baxışda kirayə dəyəri daha ucuz olan evlərdən heç də fərqlənməyən belə mənzillərin bəzi özünəməxsus üstünlükləri olur.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, mənzilin kirayə bazarında baha təklif olunmasının başlıca 2 səbəbi var:
“Kirayə ilə bağlı birbaşa təsir göstərən amil, həmin mənzilin şəraiti və yerləşdiyi ərazidir. Başlıca 2 şərt budur. Digər tərəfdən, mənzilin binanın hansı mərtəbəsində olması da önəm daşıyır. Əgər biz yeni tikilidən danışırıqsa, ən yüksək kirayə qiymətləri 8-13-cü mərtəbələrdə olan mənzillərdir. Daha yuxarı və daha aşağı olanların qiyməti qeyd edilənlərdən bir qədər aşağıdır. Bunun da özünəməxsus səbəbləri var. Köhnə tikililərdə isə lap alt mərtəbələr baha təklif olunduğu halda, üst mərtəbələrin qiyməti ucuzdur”. Dominos pizza
Ekspertin fikrincə, yüksək qiymətə malik kirayə mənzillər lüks imkanlara malikdir:
“Kirayə qiyməti yüksək olan komplekslərin mühafizə, kommunal xidmətləri nisbətən daha yüksək dərəcədə təmin olunur. Əlavə olaraq, fitnes, hovuz kimi əlavə istirahət guşələri də olur. Amma ən əsası şərait və binanın yerləşdiyi yerdir. Bu tip kirayə mənzillər digərlərinə nisbətən lüks hesab olunur. Belə mənzillərin öz müştəriləri var”.
Nazim Hacıyev
Telegram kanalımız