Bakıda 4 nəfərin pulunu “yeyən“ şəxs tutuldu

Bakıda 4 nəfərin pulunu “yeyən“ şəxs tutuldu

Kriminal

06 Fevral 2023 12:04 609


Bakıda 4 nəfərin pulunu dələduzluqla ələ keçirən şəxs saxlanılıb.

Yenisabah.az Dİn-in mətbuat xidmətinə istinadla xəbər verir ki, 2018-2021-ci illər ərzində Bakı şəhər sakini olan 3 nəfərin 9.300, 14.800 və 8.400 manat pullarının dələduzluq yolu ilə talanması məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Xətai Əlizadə müəyyən olunaraq saxlanılıb.

Onun Bakı şəhər sakini olan daha bir nəfəri aldadaraq 14.000 manatını talaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!