Bakıda 4 otaqlı ev 4200 manata kirayə verilir - FOTOLAR 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 4 otaqlı ev 4200 manata kirayə verilir - FOTOLAR 

Sosial

31 Avqust 2024 13:42 900


Satış saytlarından birində yerləşdirilən elan təəccüblə qarşılanıb. Dərc olunan elanda Bakı şəhər Nəsimi rayonunda yerləşən 4 otaqlı mənzilin aylıq kirayə dəyəri 4200 manata təklif olunur. 

Yenisabah.az sözügedən elanla bağlı daha ətraflı məlumat əldə edib. Bildirilir ki, mənzilin sahəsi 250 kvadartmetrdir. Tam təmirlidir və lüks əşyalarla təmin olunub. Mənzil lüks kompeksdə yerləşir. Elanda qeyd edilənlərə əsasən, mənzilin yerləşdiyi binanın fitnes zalı və qarajı da var. Yaşayış kompleksi 24 saat tam mühafizə olunur. Fantastik qiymətə təklif olunan mənzilin yerləşdiyi ərazi “28 May” və “Gənclik” metrostansiyalarına olduqca yaxındır. 

Aylıq kirayə dəyəri dodaq uçuqladan mənzilin fotoşəkillərini təqdim edirik:  pizza hut


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!