Bakıda 46 yaşlı kişi bıçaqlandı

Bakıda 46 yaşlı kişi bıçaqlandı

Hadisə

26 Oktyabr 2019 21:47 955


Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Nizami rayonundakı kafelərdən birinin qarşısında qeydə alınıb.

1973-cü il təvəllüdlü Əzizov Vasif əvvəlcə tanımadığı şəxslə kafedə mübahisə edib. Mübahisə sonra kafenin qarşısında davam edib. Nəticədə V.Əzizov bıcaqlanıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı V.Əzizovun bədənində çoxsayli kəsilmiş-deşilmiş yaralar aşkarlanıb və o cərrahi əməliyyat edilib.

Polis hadisənin təfərrüatını araşdırır. /report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!