Bakıda 54 yaşlı kişi “KamAz“ın altında qalıb öldü   - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 54 yaşlı kişi “KamAz“ın altında qalıb öldü - Video

Hadisə

20 Sentyabr 2019 21:51 1002


Nərimanov rayonunda ölümlə nəticələnən qəza baş verib.

"Yeni Saba" APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Yelsevic Yuri Aleksandroviç qəfildən prospekt ərazisinə çıxıb. “KaMAZ” markalı yük avtomobilinin sürücüsü onu vurmaqdan yayınsa da, Y.Yelsevic yük avtomobilinin arxa təkərlərinin altına düşüb. Nəqliyyat vasitəsi onun üzərindən keçib. Nəticədə piyada hadisə yerində ölüb. Toyuqlu pizza

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Müəyyən edilib ki, ölən şəxs sərxoş vəziyyətdə olub.

Avtotexniki ekspertiza təyin edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!