Sabunçu rayonunda avtomobil piyadanı vurub.
"Yeni Sabah" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Zabrat yolunda piyadalar üçün müəyyən edilməmiş yoldan keçən 1952-ci il təvəllüdlü Abbasov Əlikram Əliəşrəf oğlunu minik avtomobili vurub. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. /APA
Telegram kanalımız