Bakıda 70 kq narkotik qanunsuz dövriyyədən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 70 kq narkotik qanunsuz dövriyyədən çıxarıldı

Kriminal

07 Aprel 2026 11:20 249


Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, rayon ərazisində keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 33 yaşlı Məmmədəli Məmmədov, 33 yaşlı Orxan Mehtiyev, 31 yaşlı Elmar Mehtizadə, 35 yaşlı Vaqif Kərimov və 32 yaşlı Pərvin Orucov saxlanılıblar.

Onlardan ümumilikdə 70 kiloqram 875 qram tərkibinə psixotrop maddələr əlavə edilmiş narkotik vasitə marixuana aşkarlanıb. Saxlanılanlar şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı bölgələrdən qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləri məlum olub.  Toyuqlu pizza

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!