Bakıda 75 yaşlı kişi bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 75 yaşlı kişi bıçaqlandı

Kriminal

20 İyul 2024 08:33 949


İyulun 20-də gecə saat 1 radələrində paytaxtın Nizami rayonu ərazisində 1949-cu il təvəllüdlü Tahir Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami rayon prokurorluğundan “Yeni Sabah”a verilən məlumata görə, araşdırma zamanı 1965-ci il təvəllüdlü Zahid İsayevin aralarında yaranmış mübahisə zamanı bıçaqla Tahir Əliyevə xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Zahid İsayev iş üzrə şübhəli şəxs qismində tutulub. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!