Bakıda ağır qəza: Avtomobillər sıradan çıxdı, sürücüləri polis apardı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ağır qəza: Avtomobillər sıradan çıxdı, sürücüləri polis apardı - Fotolar

Hadisə

22 May 2020 00:55 1416


Nəsimi rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.  

Yenisabah.az xəbər verir ki, qəza Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.  

Yolayrıcında hərəkətdə olan “Daewoo” və “Kia” markalı nəqliyyat vasitələri toqquşub.   Dominos pizza

Qəza zamanı xəsarət alan olmayıb, avtomobillər isə deformasiyaya uğrayıb. 

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. DYP əməkdaşları hər iki sürücünü saxlayaraq Alkoqol Sərxoşluğunun Yoxlanılması Məntəqəsinə aparıb.  

Faktla bağlı araşdırma aparılır.   /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!