Bakıda baş verən ağır qəzanın təfərrüatları məlum olub.
“Yeni Sabah”ın sorğusuna cavab olaraq, Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən bildirilib.
Qeyd edilib ki, hadisə bu gün saat 14:00 radələrində paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində qeydə alınıb. pizza
Belə ki, “BYD” markalı 77-UL-354 dövlət nömrə nişanlı avtomobil, “Lexus” markalı 99-TT-509 dövlət nömrə nişanlı avtomobil və “Hyundai” markalı 77-SH-954 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilib.
Fövqəladə Hallar Nazirilyindən isə deyilib ki, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər.
Xilasedicilər tərəfindən “Lexus” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
15:04
***
Bakıda ağır yol qəzası baş verib.
“Yeni Sabah”ın xəbərinə görə, hadisə “Gənclik” metrosunun yaxınlığındakı tuneldə - Həsən Əliyev küçəsində qeydə alınıb.
Qəza nəticəsində “Kia Sportage” və “Lexsus ES” markalı iki minik avtomobili toqquşub.
Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində ölən və xəsarət alanların olub-olmaması barədə hələki məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Aytəkin Əzizqızı
Telegram kanalımız