Overçuk: Ermənistan xalqının seçiminə anlayışla yanaşacayıq

saytların hazırlanması

Evə çatdırılma

Overçuk: Ermənistan xalqının seçiminə anlayışla yanaşacayıq

Dünya

15 May 2026 16:47 189


Rusiya Ermənistanın edəcəyi istənilən seçimi anlayışla qarşılayacaq.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Ermənistan bizim üçün çox yaxın bir ölkədir; o, müttəfiqdir, Avrasiya İqtisadi İttifaqının (Aİİ) və MDB-nin bir hissəsidir. Bizi birləşdirən insani əlaqələr dərin, çox ciddi və uzunmüddətlidir. Biz Ermənistan xalqına böyük hörmətlə yanaşırıq. Əlbəttə, Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə dediyi kimi, biz Ermənistan xalqının edəcəyi istənilən seçimi anlayışla qarşılayacaq", - Overçuk bildirib. pizza mizza

O, qeyd edib ki, Aİİ və Aİ-yə üzvlük bir-biri ilə uyğun deyil və Ermənistan bunu çox yaxşı başa düşür:

"Ermənistan liderləri də bu şeylərin bir-biri ilə uyğun olmadığını deyirlər. Əgər belə qərara gəlsələr, müəyyən bir məqamda bu seçimi etməli olacaqlar. Öz tərəfimizdən biz də həmkarlarımıza bu məsələdə yarana biləcək problemləri çatdırmağa çalışırıq. Nəticədə, bu, onların seçimidir".

Overçuk xatırladıb ki, mayın 29-da Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək:

"Görünür, bu məsələ də orada müəyyən formada müzakirə olunacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!