“Hüquq ixtisası üzrə təhsil almaq istəyirəm. Seçimim Bakı Dövlət Universiteti olacaq”.
Bunu “Yeni Sabah”a açıqlamasında buraxılış imtahanında maksimum nəticə göstərərək 300 bal toplayan Ayxan Babazadə deyib.
Onun sözlərinə görə, imtahanda bu nəticəni gözləyirmiş: pizza sifarişi
“Çünki 9-cu sinifdən hazırlıqlara gedirəm. Sınaq imtahanlarında iştirak etmişəm və 280-nə qədər bal toplamışam. Ona görə də bu bal mənim üçün sürpriz olmadı”.
Aydan bildirib ki, babası coğrafiya müəllimidir:
“Babam ailəmizdə müəllim olan yeganə şəxsdir”.
O, uğuruna görə ailəsinə təşəkkür edib.
Xatırladaq ki, aprelin 19-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. İmtahanda ən yüksək nəticəni 300 bal toplayan Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Aşağı Əylis kənd tam orta məktəbinin cari il məzunu Babazadə Ayxan Asiman oğlu göstərib.
Aytac Əliyeva
Telegram kanalımız