Son aylarda Ukraynada həm hərbi, həm də mülki itkilərin artması fonunda müharibənin daha qanlı və dağıdıcı mərhələyə keçdiyi barədə müzakirələr genişlənib. Xüsusilə, Rusiyanın Ukrayna şəhərlərinə intensiv hava zərbələri endirməsi, enerji və mülki infrastrukturun hədəfə alınması beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur.
Bəs cəbhədəki hazırkı hərbi-siyasi vəziyyət müharibənin Rusiyanın xeyrinə dəyişdiyini göstərir, yoxsa qarşıdurma daha təhlükəli mərhələyə daxil olur?
"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, xüsusilə 9 May paradından sonra Rusiyanın Ukraynaya qarşı daha aqressiv davranacağı gözlənilən idi: pizza hut
“Ukrayna Prezidentinin 9 Mayda Moskvada keçirilən paradla bağlı imzaladığı xüsusi fərman əslində Ukraynanın Rusiya üzərində psixoloji üstünlüyü kimi qiymətləndirilə bilərdi. Rusiya isə buna cavab olaraq Ukrayna ərazisində daha çox mülki infrastruktur və yaşayış obyektlərini hədəfə almaqla müəyyən qisasçılıq balansı yaratmağa çalışır”.
Politoloqun sözlərinə görə, baş verənlər heç də Ukraynanın məğlub olması və ya müharibənin Rusiyanın xeyrinə yekunlaşacağı anlamına gəlmir:
“Ukrayna artıq müharibəni yalnız öz ərazisində aparmır. Ukrayna dronları, pilotsuz uçuş aparatları və uzaqmənzilli raketləri vasitəsilə Rusiyanın dərinliklərinə qədər zərbələr endirə bilir. Elə 9 May paradı ilə bağlı verilən fərman da göstərdi ki, Ukrayna tərəfi Moskva və Sankt-Peterburq kimi böyük şəhərləri, eləcə də Rusiyanın mühüm sənaye mərkəzlərini hədəfə almaq imkanına malikdir”.
Taleh Əliyev qeyd edib ki, hazırda müşahidə olunan proseslər müharibənin yeni və daha şiddətli mərhələyə keçdiyini göstərir:
“Bu vəziyyəti yalnız 9 May hadisələri ilə əlaqələndirmək düzgün olmaz. Həm Rusiya, həm də Ukrayna ərazisində sərt qış aylarında quru əməliyyatları çətinləşdiyi üçün yay mövsümündə döyüşlərin intensivliyi artır. Bu dəfə Rusiya təkcə qurudan əməliyyatlar həyata keçirmir, həm də uzaqmənzilli artilleriya və raket sistemləri ilə Ukraynanın həm mərkəzi, həm də dərinliklərini hədəfə alır. Təəssüf ki, Rusiya müharibə zamanı humanizm prinsiplərinə əməl etmir və bu da mülki itkilərin artmasına səbəb olur”.
Telegram kanalımız