Qobustanda magistral yol çökdü

saytların hazırlanması

Evə çatdırılma

Qobustanda magistral yol çökdü

Sosial

15 May 2026 17:23 205


Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Qobustan qəsəbəsindən keçən hissəsində çökmə olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Hadisə Bakı istiqamətində yolun 55-ci kilometrliyində yerləşən kanal körpüsündə qeydə alınıb. pizza hut

Körpünün bir aşırım tirinin qırılması nəticəsində ərazidə çökmə yaranıb. Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb. Hazırda magistralın 54-cü kilometrindən 56-cı kilometrinədək hərəkət məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq qəsəbədaxili yan yola yönləndirilib.

Əraziyə mütəxəssislər cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır, dəymiş zərərin məbləği müəyyənləşdirilir. Hazırlanacaq təkliflər aidiyyəti qurumlara təqdim ediləcək və qısa müddət ərzində bərpa işlərinə başlanılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!