İlham Əliyev Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində - FOTOLAR

Siyasət

15 May 2026 15:54 287


Prezident İlham Əliyev və Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlər mayın 15-də Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak ediblər.

"Yeni Sabah" xəbər verir ki, dövlət başçılarına Mərkəz barədə məlumat verilib.

Layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunub saxlanmasına, öyrənilməsinə və təbliğinə yönəlib. Ən qabaqcıl standartlara uyğun inşa ediləcək mərkəzin əsas ideyası türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiya olduğunu nümayiş etməkdir. pizza

x x x

Sonra “GovTech” rəqəmsal həllərin təqdimatı oldu. Qazaxıstanda süni intellektin inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə qonaqlara məlumat verildi. Eyni zamanda qeyd edildi ki, türk dövlətləri arasında, həmçinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!