Bakıda ailə münaqişəsi faciəyə çevrildi: 69 yaşlı ana qızını bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ailə münaqişəsi faciəyə çevrildi: 69 yaşlı ana qızını bıçaqladı

Kriminal

15 Yanvar 2026 22:24 1090


Sabunçu rayonunda ailə münaqişəsi zəminində baş verən mübahisə qanla nəticələnib.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Ramana qəsəbəsində, "Şuşa şəhərciyi" adlanan ərazidə qeydə alınıb.

Məlumata görə, fərdi yaşayış evlərindən birində 69 yaşlı Fəridə Vəliyeva 41 yaşlı qızı Səbirə Kazımova ilə mübahisə edib. Mübahisə zamanı ana qızına bıçaqla xəsarətlər yetirib. Dördpendirli pizza

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Cinayəti törətməkdə şübhəli bilinən 69 yaşlı qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

Qonşuların bildirdiyinə görə, ailədə əvvəllər dəfələrlə mübahisələr baş verib. Belə ki, Səbirə tez-tez anasının evinə gedərək onunla pul üstündə mübahisə edib. Sonuncu insident zamanı isə ana əlini bıçağa atıb.

Xəsarətlərlə xəstəxanaya yerləşdirilən Səbirə Kazımovanın vəziyyəti ilə bağlı Sabunçu Tibb Mərkəzindən bildirilib ki, pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!