Bakıda ananın döydüyü uşaq evdən qaçdı – Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ananın döydüyü uşaq evdən qaçdı – Video

Sağlamlıq

02 May 2019 04:51 1374


Mütəmadi olaraq anası tərəfindən döyülən uşaq evdən qaçıb.

Ötən gün axşam paytaxtdakı sığınacaqlardan birinə 40-cı polis bölməsinin əməkdaşları 9 yaşlı oğlanı gətirib. İlkin araşdırmalar zamanı məlum olub ki, azyaşlı mütəmadi olaraq anası tərəfindən döyülüb.

Azyaşlının bədəninin müxtəlif nahiyyələrində zorakılığın izləri açıq-aşkar görünür. Ötən gün o,dostları ilə oynadığı üçün evə bir qədər gec gəlib. Anası da buna əsəbiləşərək uşağı bərk döyüb. O da canını qurtarmaq üçün Gəncəyə qaçmaq istəyib və avtovağzalda saxlanılıb. pizza mizza

Uşağın anası sığınacağa zəng vurub və övladının orada saxlanılmasına etiraz edib.

Psixoloq vasitəsilə uşaq reabilitasiyaya cəlb olunacaq. Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat veriləcək. Yalnız bundan sonra uşağın valideyninə verilməsi və ya onunla bağlı hansı tədbirin görülməsi barədə qərar veriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!