Bakıda Avropa İttifaqının iclası keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Avropa İttifaqının iclası keçirilib

Siyasət

07 Fevral 2019 03:16 1030


Bakıda Avropa İttifaqı (Aİ) - Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirilib. 

XİN-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, iclasa Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud-Məmməd-Quliyev, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Riçard Tibbels həmsədrlik edib.

Alt-Komitənin iclası qarşılıqlı əhəmiyyət kəsb edən sahələr üzrə məhsuldar danışıqların aparılmasına imkan yaradan açıq və konstruktiv zəmində baş tutub. Dördpendirli pizza

İclasın birinci günü tərəflər arasında ədliyyə, azadlıq və təhlükəsizlik sahəsində bir sıra qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunun aliliyi, məhkəmə hakimiyyəti və ədliyyə sahəsində əməkdaşlıq; miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Növbəti gün isə insan hüquqları və demokratiya sahəsində mülki, iqtisadi, siyasi və sosial hüquqlar; insan hüquqlarının müdafiəsi üzrə milli çərçivə, eləcə də insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq forumlarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

İclasın yekununda bundan öncəki görüşlərin nəticələrini və gələcək əməkdaşlıq proqnozlarını əks etdirən əməli nəticələr sənədi qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!