Bakıda avtobus mağazaya çırpıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtobus mağazaya çırpıldı

Avto

02 Aprel 2019 17:31 1184


Bu gün saat 07:30 radələrində 62 nömrəli marşrut xəttində 10TG992 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə qəza olub.

Bakı Nəqliyyat Agentliyindən “Yeni Sabah”a verilən məlumata görə, avtobusun sürücüsü N.Tusi küçəsində son dayanacaq məntəqəsində dönmə manevrini yerinə yetirərkən idarəetməni itirib.

Digər nəqliyyat vasitələrinə və piyadalara zərər vurmamaq üçün sürücü avtobusu səkiyə doğru yönəldib və avtobus yaxınlıqdakı dükanın divarına dəyib. Pepperoni pizza

Hadisə nəticəsində xəsarət alan yoxdur. Məsələ ilə bağlı müvafiq araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!