Bakıda avtobus qəzası: Tıxac yarandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtobus qəzası: Tıxac yarandı

Avto

23 İyul 2019 08:28 2015


Bu gün səhər baş verən qəza yolda hərəkəti iflic edib.

“Yeni Sabah” Trend-ə istinadla xəbər verir ki, hadisə bir qədər əvvəl "Şamaxinka" adlanan ərazidən üzü Biləcəri dairəsinə gedən yolda qeydə alınıb.

Minik avtomobili 90-TJ-109 dövlət nömrəli "Volkswagen" markalı avtomobili və 92 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu arasında baş vermiş qəza yolda sıxlıq yaradıb. pizza mizza

Hadisə səbəbindən Biləcəri qəsəbəsi və qəsəbəyə düşən yol bir müddət bağlı qalıb, bu səbəbdən digər marşrut avtobusları da xətdən çıxaraq yollarını dəyişiblər.

Qəza yerinə cəlb olunan Dövlət Yol Polisi əməkdaşları yaranmış problemi aradan qaldırmağa müvəffəq olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!