Bakıda avtobus yanıb. “Yeni Sabah” xəbər verir ki, hadisə Əhmədli metrostansiyasının yaxınlığında baş verib.
46 nömrəli avtobusda qəfildən tüstülənmə və daha sonra yanğın baş verib. Sərnişinlər dərhal avtobusdan düşürülərək uzaqlaşdırılıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Az sonra yanğın söndürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Telegram kanalımız