Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı

Kriminal

09 Mart 2026 12:57 386


Bakı şəhərində fəaliyyət göstərən marşrut avtobuslarından birində sərnişinin içərisində 200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.  

Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Cəlaləddin Abdullazadə müəyyən olunaraq saxlanılıb. Marqarita pizza

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxsin avtobusda törətdiyi cibgirlik əməli təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vətəndaşlara ictimai nəqliyyatda olarkən diqqətli olmaları, şəxsi əşyalarını nəzarətdə saxlamaları və sıxlıq olan yerlərdə ehtiyatlı davranmaları tövsiyə olunur. Bu kimi hallarla qarşılaşdıqda və ya şübhəli şəxslər gördükdə dərhal polisə məlumat vermələri xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!