Abşeronda avtobusu yandıran keçmiş məhkum saxlanılıb.
"Yeni Sabah" xəbər verir ki, oktyabrın 12-də saat 4 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində qəsəbə sakini K.Nəcəfova məxsus “İsuzu” markalı avtobus yandırılıb.
Nəticədə yanar konstruksiyalar yanıb, xəsarət alan olmayıb. Toyuqlu pizza
Avtobusu yandıran Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəsirov könüllü olaraq Abşeron Rayon Polis İdarəsinə gələrək istintaqa təslim olub.
Araşdırma aparılır. / yenicag.az
Telegram kanalımız