Bakıda avtomobildən 6500 manat oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtomobildən 6500 manat oğurlandı

Kriminal

06 Dekabr 2025 15:35 1096


Nəsimi rayonu ərazisində gecə saatlarında naməlum şəxs yaşayış binasının həyətindəki “Mercedes” markalı avtomobildən 6500 manat pul oğurlayıb.

DİN-dən "Yeni Sabah"a verilən xəbərə görə, avtomobil sahibi bu barədə polisə müraciət edib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı F.Həsənov müəyyən olunaraq saxlanılıb. pizza

Rayon ərazisində digər bir nəfərin 1200 dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 52 yaşlı R.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!