Bakıda avtoqəza, ölən və yaralanan var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtoqəza, ölən və yaralanan var

Kriminal

26 Mart 2019 12:30 1179


Bakı-Sumqayıt şossesində ağır yol qəzası qeydə alınıb, ölən və xəsarət alanlar var.

Rusiyadan Bakıya gələn, 1973-cü il təvəllüdlü Gənciyev Sərdar Səməd oğlu idarə etdiyi "Toyota" markalı avtomobilini Bakı-Sumqayıt şossesinin paytaxtın Yasamal rayonu ərazisinə düşən hissəsində beton arakəsməyə çırpıb.

Nəticədə avtomobildə olan sərnişin - 1978-ci il təvəllüdlü Məmmədov Xəyyam Haqverdi oğlu hadisə yerində dünyasını dəyişib. Sürücü S.Gənciyev və digər sərnişin - 1973-cü il təvəllüdlü Rüstəmov Vidadi Vasif oğlu ağır bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. pizza sifarişi

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır. İlkin ehtimal olaraq qəzaya səbəb kimi sürücünün yuxusuz olması göstərilir.

Qeyd edək ki, hər üç şəxs Rusiyadan Bakıya gəlirmiş.

ONA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!