Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - Video

Kriminal

18 Yanvar 2026 16:40 851


Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "Chevrolet Cobalt" markalı 90-YL-765 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kənan İmanzadə saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətindən bildirilib.

O, Xırdalan şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradıb. Sezar pizza

Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsi idarəetmə hüququnun olmadığı da müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü K.İmanzadə 15 sutka inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!