Bakıda ay tutulması başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ay tutulması başlayıb

Sosial

21 Yanvar 2019 14:31 1699


Bu gün 2019-cu ilin ilk Ay tutulması hadisəsi artıq başlayıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

Bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 07:34-də başlayıb və 10:51-dək başa çatacağı bildirilir.

X.Mikayılovun sözlərinə görə, Ay tam tutulsa da, Azərbaycan ərazisində müşahidə olunmayacaq. Rəsədxananın elmi işlər üzrə direktor müavini bildirib ki, bu təbiət hadisəsini Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək mümkün olacaq. pizza

Qeyd edək ki, növbəti qismən Ay tutulması isə iyulun 17-də qeydə alınacaq və həmin hadisə Azərbaycanda müşahidə olunacaq.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!