Bakıda bağçaya bitişik binada YANĞIN - Azyaşlılar təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bağçaya bitişik binada YANĞIN - Azyaşlılar təxliyə edildi

Hadisə

04 Noyabr 2019 07:57 940


Bakı şəhərinin Sabunçu rayonunda uşaq bağçasının yerləşdiyi binaya bitişik ümumi sahəsi 25 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Bu barədə "Yeni Sabah"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, yanğın zamanı uşaq bağçasının yerləşdiyi binadan 50 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə edilib. Köməkçi tikilinin qalan hissəsi və bitişik bina yanğından mühafizə olunub. Marqarita pizza

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!