Bakıda bahalı avtomobildən 11 min manat oğurlayan “ayıq sürücü” saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bahalı avtomobildən 11 min manat oğurlayan “ayıq sürücü” saxlanıldı

Kriminal

18 Fevral 2026 10:08 412


Bakının Xətai rayonunda “Range Rover” markalı avtomobildən 11000 manat oğurlanıb.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşın şikayəti əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı R.Quliyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, hadisə vaxtı avtomobilin sahibinə “ayıq sürücü” xidməti göstərdiyini bildirirək nəqliyyat vasitəsinin sükanı arxasına əyləşib. pizza hut

R.Quliyev avtomobili qarajda saxladıqdan sonra isə zərərçəkənin ani diqqətsizliyindən istifadə edərək saxlanc yerində olan pul vəsaitini talayıb.

Rayon ərazisində keçirilən digər tədbir nəticəsində isə bank kartından 723 manat oğurlamaqda şübhəli bilinən 35 yaşlı S.Ramazanov və əvvəllər məhkum olunmuş 25 yaşlı X.Mehdiyev də müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!