Bakıda bahalı avtomobillə bu hərəkətləri edən sürücü həbs olundu -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bahalı avtomobillə bu hərəkətləri edən sürücü həbs olundu - VİDEO

Kriminal

21 Yanvar 2026 11:33 434


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci taqımının əməkdaşları tərəfindən Ələt–Astara avtomobil yolunun 143-cü kilometrində hərəkət zamanı qayda pozuntularına yol verən “Range Rover” markalı, 90-YC-977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb.

Bu barədə “Yeni Sabah”a DİN-in Mətbuat xidmətindən məlumat verilib. 

Məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edən sürücünün hərəkətlərinin qarşısı alınaraq qanunvericiliyə uyğun tədbirlər görülüb.  pizza mizza

Araşdırmalarla sürücü Əli Rəsulovun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında, sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilib. Faktla bağlı toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Rəsulov inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan sürücülərlə bağlı qanunvericiliyin tələblərinə uyğun qətiyyətli tədbirlər görülür və bu istiqamətdə nəzarət davam etdirilir. 

Unutmayaq ki, yollar ictimai məsuliyyət məkanıdır. Polis xidmətinin əsas məqsədi cəzalandırmaq deyil, vətəndaşların həyat və sağlamlığını qorumaq, yol hərəkətinin təhlükəsizliyini təmin etmək və hər kəs üçün etibarlı yol mühiti yaratmaqdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!