Bakıda beynəlxalq badminton turniri keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda beynəlxalq badminton turniri keçiriləcək

İdman

08 Fevral 2019 14:54 964


Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışlardan biri də “International Challenge” kateqoriyalı beynəlxalq badminton turniridir.

Azərbaycan Badminton Federasiyasından “Yeni Sabah”a verilən məlumata görə, Beynəlxalq Badminton Federasiyasının builki təqvim planına daxil olan “Azerbaijan International 2019” turniri iyunun 6-9-da Bakı İdman Sarayında keçiriləcək.

Beş kateqoriya üzrə qalib və mükafatçıların müəyyənləşəcəyi nüfuzlu yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır. Bu, Azərbaycanda keçiriləcək ilk böyük badminton turniridir. Doğrudur, badminton üç il əvvəl ölkəmizin təşkilatçılığı ilə reallaşan birinci Avropa Oyunlarının proqramına daxil idi. Ancaq bu, ilk böyük müstəqil turnir olacaq. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!