Bakıda binanın dayaq sütunu uçdu -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda binanın dayaq sütunu uçdu - VİDEO

Hadisə

10 Fevral 2026 16:00 1209


Bakıda tikintisi davam edən binanın dayaq sütunu uçub.

“Yeni Sabah”ın xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində, metronun “20 Yanvar” stansiyasının yaxınlığında yeni inşa olunan yaşayış binasında baş verib.

Dövlət Su Ehtiyatları Agentliyinin əsas binası da (keçmiş “Azərsu”) həmin ərazidə yerləşir. pizza hut

Hadisənin səbəbi məlum deyil.

Yaranmış vəziyyət sakinlərin narahatlığına səbəb olub. Onlar bildirib ki, uçqun olan ərazidən daim avtomobillər və piyadalar keçir, əgər beton qırılıb yerə düşsə, bu, ciddi fəsadlara səbəb ola bilər. Ona görə də aidiyyəti qurumların dərhal tədbir görməsi vacibdir.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!