Bu gün əlilliyi olan bir qrup vətəndaş Prezident Administrasiyasının qarşısında aksiya keçirib.
Toplaşanlar "Bizi qəbul edin!" şüarını səsləndiriblər. Onların sözlərinə görə, fevralın 1-dən 1-ci qrup gözdən əlillərin təqaüdləri 50 manat artırılıb. Ancaq pulu almaq üçün yeni kart açdırmaq lazımdır. "Bizdən çoxlu sənəd tələb edirlər, bunun üçün isə ayrı-ayrı müəssisələrə getmək lazımdır. Tələb edirik ki, vəsait artıq mövcud kartımıza köçürülsün", - etirazçılardan biri deyib.
Əlillər bir neçə saat Prezident Administrasiyasının qarşısındakı bağda dayansalar da, onları qəbul edən olmayıb. Hər hansı insident baş verməyib. pizza hut
Turan
Telegram kanalımız