Bakıda bu əraziləri su basdı -   İnsanlar köməksiz vəziyyətdə qaldı-VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu əraziləri su basdı - İnsanlar köməksiz vəziyyətdə qaldı-VİDEO

Hadisə

27 Mart 2026 19:46 682


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar paytaxtın Binəqədi və Suraxanı rayonları ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin subasmaya məruz qalması səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barə məlumatlar daxil olub.

Bu barədə “Yeni Sabah”a nazirlikdən məlumat verilib.

Daxil olan məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb edilib. Marqarita pizza

Görülmüş xilasetmə tədbirləri nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 4-ü azyaşlı olmaqla ümumilikdə 9 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!