Suraxanı rayonu Hövsan qəsəbəsinin Bağlar massivində yaşayan sakinlər yolların asfalt olmaması ilə bağlı “Yeni Sabah”ın redaksiyasına müraciət ediblər.
Sakinlər qeyd ediblər ki, ötən müddət ərzində Suraxanı rayonu ərazisində yolların asfaltlanması, səkilərin yenidən qurulması, eləcə də aparılan abadlıq-quruculuq işləri təqdirə layiqdir:
“Cənab Əziz Əzizovun Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatından sonra Hövsan qəsəbəsində həqiqətən nəzərəçarpacaq dərəcədə işlər görülmüş, Bağlar massivində yolların bir qismi asfaltlanmışdır. Lakin buna baxmayaraq hələ də qəsəbə bəzi yollar insanların hərəkəti üçün əlverişli deyil və bu yolların abadlaşdırılmasına ehtiyac var”. Toyuqlu pizza
Sakinlərdən biri Yenisabah.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, yeni ticarət mərkəzi ilə üz-üzə yerləşən Hövsan bağlarında (kondisioner bağları deyilir – red.) vəziyyət çox acınacaqlıdır.
Vətəndaş qeyd edib ki, avtomobillərin ara küçələrdə mütəmadi hərəkəti və güclü külək zamanı yaranan toz kütlələri səbəbindən həyətyanı sahələrdə istirahət etmək və daimi yaşamaq mümkünsüzdür:
“İcra başçısı, cənab Əziz Əzizovdan bununla bağlı xahiş edirik ki, qeyd olunanlarla əlaqədar olaraq, Suraxanı rayonunda kondisioner bağları kimi tanınan, ticarət mərkəzi ilə üz-üzə salınmış Hövsan bağlarında ara küçələr asfaltlansın”.
Telegram kanalımız