Bakıda bu qurumlar ləğv olunur

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu qurumlar ləğv olunur

İqtisadiyyat

24 Mart 2026 07:53 5670


Bakıda Mənzil Kommunal Təsərrüfatı Birlikləri (MKTB) ləğv olunur.

“Yeni Sabah” bakivaxti.az-a istinadən xəbər verir ki, paytaxtda bu prosesin iyun ayınadək başa çatması gözlənilir.

Qeyd edək ki, Azərbaycanın 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyasına əsasən, Bakı da daxil olmaqla ölkədəki mənzil-kommunal istismar sahələrinin ləğvi və idarəetmənin müasir, özəl və ya kommunal müəssisələr vasitəsilə təşkili nəzərdə tutulur. pizza

Onu da bildirək ki, MKTB-lərin əvəzinə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yeni vahid mənzil-kommunal təsərrüfatı MMC-ləri yaradılacaq. Bu islahat, idarəetməni müasirləşdirmək, xidmət keyfiyyətini artırmaq və şəffaflığı təmin etmək məqsədi daşıyır. Yeni strukturlar sakinlərlə müqavilələr əsasında fəaliyyət göstərəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mais Abuşlu.
    Yeni Yeyinti Ağentliyi adı qoyun...
    2 months ago