Bakıda çökən evlərin sahiblərinə kompensasiya ödənildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda çökən evlərin sahiblərinə kompensasiya ödənildi - Video

Sosial

28 May 2025 00:55 1619


Ötən ilin payızında paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində sakinlərin 18 il yaşadıqları evlər çöküb.

Yenisabah.az xəbər verir ki, o zaman məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilmişdi ki, Əhmədli qəsəbəsinin 4-cü Buta küçəsində Bakı Sukanal İdarəsinin istismarında olan 7 metr dərinlikdəki, diametri 1 200, 700 mm-lik boruların, o cümlədən ölçüsü 2 kvadratmetr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorun üzərində tikinti norma və qaydalarının tələbləri pozulmaqla fərdi yaşayış evləri tikilib.

Artıq sakinlərə kompensasiya ödənilib. Sezar pizza

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, kompensasiya köçürülən günədək sakinlərin aylıq kirayə haqqı da qurum tərəfindən hər ay vaxtlı-vaxtında ödənilib.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!