Bakıda çoxmərtəbəli binada   YANĞIN: 25 nəfər təxliyə olundu - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda çoxmərtəbəli binada YANĞIN: 25 nəfər təxliyə olundu - VİDEO

Hadisə

10 Yanvar 2026 21:20 3535


Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Dominos pizza

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində şaxtaboyu elektrik naqilləri 30 p.m yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 10-u azyaşlı olmaqla 25 nəfər bina sakini təxliyə olunub. Bir nəfər tüstüdən zəhərlənib. Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mübriz Mirzəyev
    Abşeron rayonu Bakı deyil. Başlığı düzgün yazmamısınız.
    4 months ago