Bakıda daha bir sensorlu işıqfor quraşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir sensorlu işıqfor quraşdırıldı

Avto

22 Fevral 2020 13:53 1351


Bakıda Bibiheybət yolu ilə Arif İsmayılov küçələrinin kəsişməsinin yaxınlığında nizamlanan piyada keçidi təşkil edilib. "Yeni Sabah" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Məlumata görə, işıqfor xüsusi sensorla təchiz edilib. Piyada sensorlu qurğuya toxunduqdan sonra işıqforu piyada keçidi rejiminə keçirə bilər. Qeyd edək ki, bu işıqfor əsasən hərəkətin intensiv olduğu yollarda quraşdırılır və yolda piyada olmadığı halda işıqforun yalnız yaşıl işığı yanır ki, bu da hərəkətin fasiləsizliyinin təmin edilməsi baxımından vacib amildir.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!