Bakıda dəhşət: 21 yaşlı Məmmədəlidən şok əməl...

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşət: 21 yaşlı Məmmədəlidən şok əməl...

Kriminal

14 Oktyabr 2024 09:26 1371


Oktyabrın 13-də saat 23 radələrində 1987-ci il təvəllüdlü Səid Əhmədovun aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan “Yeni Sabah”a daxil olan xəbərə görə, aparılmış araşdırmalarla 2003-cü il təvəllüdlü Məmmədəli Əmirxanovun aralarında yaranmış mübahisə zamanı Səid Əhmədova bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun həmin gün yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Məmmədəli Əmirxanov iş üzrə şübhəli şəxs qismində tutulub. Toyuqlu pizza

Hazırda ibtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!